Ürək çatışmazlığı



Kurs haqqında

ÜRƏK ÇATIŞMAZLIĞININ DİAQNOSTİKA VƏ MÜALİCƏSİ üzrə mühazirə materialı eyni adlı protokola əsasən hazırlanıb.

 Mühazirə materialı sübutlu təbabətə əsaslanaraq ürək çatışmazlığının (ÜÇ) diaqnostikasını və müalicəsini yaxşılaşdırmaqla bərabər həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində tövsiyələrin verilməsi məqsədini daşıyır.

ÜÇ-nın gedişinin dəqiqliklə müəyyənləşdirilməsini klinik simptomların zahirə gec çıxması məhdudlaşdırır. Erkən  göstəricilərinin aşkarlanması və müalicənin tez bir vaxtda başlanması çox vacibdir, çünki bu mərhələdə aparılan müalicə ÜÇ-dən baş verən ölüm hallarını azaldır.

Mühazirə materialı ÜÇ xəstəliyinin yaranma səbəblərini, diaqnostikasını, laborator müayinələri, aparılan müalicə barədə geniş məlumat təqdim edir.