Səhiyyə İqtisadiyyatının əsasları



Kurs haqqında

Hazırkı onlayn kurs səhiyyə iqtisadiyyatı və səhiyyənin maliyyəşləşdirilməsi prinsiplərinin öyrənilməsi üçün nəzərdə tutulur. 4 həftəlik kurs çərçivəsində iqtisadiyyatın əsasları, səhiyyə sektorunda iqtisadi mexanizmlərin rolu, səhiyyə iqtisadiyyatının əsas prinsipləri, səhiyyədə bazar iqtisadiyyatı mexanizmlərinin xüsusiyyətləri, səhiyyə xərcləri və səhiyyənin maliyyələşdirilməsinin funksiyaları, tibb müəssisələrinin maliyyələşdirilməsi üsulları və tibbi sığorta haqqında məlumatlar veriləcək.

Auditoriya: səhiyyə təşkilatçıları (səhiyyə idarələrinin rəhbərləri və işçiləri, baş həkimlər, baş həkimlərin müavinləri, şöbə müdirləri, menecerlər, səhiyyə maliyyəçiləri), həkimlər, sosial gigiyena və səhiyyənin təşkili ixtisası üzrə rezidentlər, iqtisadçılar, iqtisadi və tibbi ixtisaslar üzrə təhsil alan tələbələr.

Tədris prosesi: hər həftə mövzunu əhatə edən prezentasiyalar təqdim ediləcək. Eyni zamanda mövzunu daha dərindən öyrənmək istəyənlər üçün əlavə məlumat mənbələri də göstəriləcək. Həftənin sonunda mövzu üzrə test intahanını keçmək lazım olacaq. Test tapşırıqları 10 testdən ibarət olacaq və onların 70%-ni düzgün cavablandıran müdavim növbəti mövzunun öyrənilməsinə keçə biləcək. Digərlərinə isə mövzunu yenidən öyrənmək və testi təkrarən keçmək imkanı veriləcək. 4 həftə üzrə cəmi 3 test imtahanı olacaq və bu test tapşırıqlarının hamısını ən azı 70% düzgün cavablandıran müdavimlər kursu uğurla biritmiş hesab olunurlar.